Dan Yorgensen Azərbaycana bu tarixdə gələcək
Sabah Avropa İttifaqının Energetika və Mənzil siyasəti üzrə komissarı Yorgensen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığının möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədilə Bakıya səfər edəcək.
Milli.Az bu barədə Avropa Komissiyasına istinadən məlumat verir.
Məlumata görə, o, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Şurasının 12-ci iclasına və "yaşıl enerji" üzrə Məşvərət Şurasının Nazirlər Şurasının 4-cü iclasına həmsədrlik edəcək.
Tərəfdaş hökumətlərin, institutların və şirkətlərin nümayəndələrini bir araya gətirən illik görüşlər strateji və qarşılıqlı faydalı enerji tərəfdaşlığı çərçivəsində görülən işlərin yekun qiymətləndirilməsi və birgə öhdəliklərin təşviqi məqsədini daşıyır.
"Azərbaycan Aİ-nin enerji təchizatının şaxələndirilməsi və Rusiyanın fosil enerji daşıyıcılarından imtina səylərində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükləri "REPowerEU" təşəbbüsünün məqsədlərinə uyğun olaraq Avropada daha şaxələndirilmiş, etibarlı və təhlükəsiz qaz təminatına töhfə verir. Bundan əlavə, Azərbaycanın zəngin bərpa olunan enerji resursları Avropa şirkətləri üçün geniş imkanlar və ölkənin iqtisadi inkişafı üçün yeni perspektivlər yaradır. Qeyd olunub ki, ümumi enerji təhlükəsizliyinin, rəqabət qabiliyyətinin və karbonsuzlaşdırma məqsədlərinin təmin edilməsi baxımından əməkdaşlığın gücləndirilməsi əsas prioritet olaraq qalır",- Avropa Komissiyasından bildirilib.
Bakıda komissar həmçinin Azərbaycan rəsmiləri, eləcə də Moldovanın energetika naziri Dorin Yunqhietu ilə ikitərəfli görüşlər keçirəcək.
Nazirlər Şuralarının iclasları başa çatdıqdan sonra Yorgensen və Şahbazov birgə mətbuat konfransı keçirəcəklər./Trend
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
XƏBƏR LENTİ
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
"Tam Store" barədə inzibati protokol tərtib olunub
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?





