Hadisə

"Tam Store" barədə inzibati protokol tərtib olunub

2 Noyabr 2026 11:49
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Tam Store" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Bu barədə Milli.Az-a Agentlikdən bildirilib.

Məlumata əsasən, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

Bununla da "Tam Store" MMC barəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən olunduğu üçün barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.