Siyasət

Ərdoğan Rusiyada ilin siyasətçisi seçildi

5 Yanvar 2023 23:08
Baxış: 820

Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur.

Rusiyanın aparıcı qəzetlərindən biri olan "Kommersant" Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb:

"Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.