Siyasət

Şok iddia: Bu ölkə Rusiyanı müstəmləkəyə çevirir

3 Yanvar 2023 08:00
Baxış: 896

Rusiya qonşu ölkələrdən birinin "müstəmləkə"sinə çevrilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Kimsə 2023-cü ilin asan olacağını, ruslar üçün hər şeyin bitdiyini və hər şeyin yaxşı olacağını düşünürsə, mən bu fikri bölüşmürəm. Fakt budur ki, rusların sahibləri ola bilər. Bu gün biz müşahidə edirik ki, müəyyən qonşu ölkə artıq Rusiyanı tədricən özünə tabe edir, çünki onun orada öz maraqları var. Bu isə bütün dünya, o cümlədən bizim üçün çox təhlükəli tendensiyadır", - o bildirib.

"Çini nəzərdə tutursunuz" sualını Danilov bildirib ki, o, baş verən prosesləri nəzərdə tutur:

"Onlara çox diqqət yetirilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.