Siyasət

Ukrayna BMT-də “sülh sammiti” keçirmək istəyir

27 Dekabr 2022 08:58
Baxış: 551

Ukrayna fevralın sonunda "sülh sammiti"nin keçirilməsini təklif edib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

O, Birləşmiş Millətlər Təşkilatından platforma kimi istifadə etməyi təklif edib.

Ukraynalı nazirin sözlərinə görə, münaqişə təkcə döyüş meydanında deyil, həm də danışıqlar masası arxasında atılan addımlar nəticəsində bitməlidir.

Bununla belə, Ukrayna Rusiyanı "sülh sammiti"nə dəvət etməyə tələsmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.