Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenə Ukraynaya hərbi xidmətlərinə görə ölkəsinin xaçını təqdim edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, o, Baydenə və ABŞ Konqresinə dəstəyə görə təşəkkür edib.
Zelenski daha sonra Baydenə ukraynalı qəhrəmanın hədiyyəsini təqdim edib. O bildirib ki, hədiyyə Donbasda döyüşən Ukrayna ordusunun kapitanı tərəfindən ona verilib.
Bayden Zelenskiyə təşəkkür edib və bunun müqabilində ABŞ komandanlıq sikkəsini ukraynalı kapitana göndərəcəyini bildirib.
Milli.Az