Siyasət

Moskvada qeyri-adi MESAJ: səfirliyin ərazisinə çəkiclər atıldı

20 Dekabr 2022 21:31
Baxış: 790

Moskvada maskalı bir qrup naməlum şəxslər Finlandiya səfirliyinin ərazisinə çəkiclər atıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi hücum faktını təsdiqləyib .

"Bu gün Moskva vaxtı ilə saat 12 radələrində Finlandiyanın Moskvadakı səfirliyinin həyətinə çəkiclər atılıb. Bu əməl səfirliyə və onun əməkdaşlarına ziyan vurmayıb", - deyə diplomatik qurumdan bildirilib.

Eyni zamanda, Rusiyanın "Telegram" kanalları bu hərəkətin "dost olmayan hərəkətlərə cavab" olduğunu yazıb.

Ukraynaya qarşı "Vagner"PMK-nın tərkibində döyüşən rusiyalı məhbus Yevgeni Nujinin edam edildiyi iddia edilən videonun internetdə yayılmasından sonra çəkiş "Vaqner" PMK-nın bir növ qeyri-rəsmi simvoluna çevrilib.

Nujin tutulduğu zaman Rusiyanı tənqid edib. Videoda Nujinin başına çəkiclə zərbə endirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.