Siyasət

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edildi

20 Dekabr 2022 14:53
Baxış: 1 100

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilir:

- 80-ci maddə aşağıdakı redaksiyada verilir:

"80. Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.";

- 81-ci maddə ləğv edilir;

- 85-ci maddədə "həyata keçirilir" sözləri "də həyata keçirilə bilər" sözləri ilə əvəz edilir;

- 90-cı maddə aşağıdakı redaksiyada verilir:

"90. Miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alırlar.".

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.