Siyasət

“Putin Kadırova Zelenskini öldürmək əmrini verməyib”

17 Dekabr 2022 08:38
Baxış: 975

"Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Ukrayna lideri Volodimir Zelenskini öldürmək barədə göstəriş verməyib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu barədə yayılan fikirlər cəfəngiyatdır:

"Putin belə bir əmr verməyib, bu, boş söhbətdən başqa bir şey deyil, cəfəngiyatdır".

Qeyd edək ki, Kadırovun Zelenskini aradan qaldıracağına dair məsələ Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov yazda Ukrayna radio kanalının efirində səsləndirmişdi .

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.