Siyasət

Zaxarova Fransanı ikiüzlülükdə ittiham etdi

13 Dekabr 2022 23:31
Baxış: 1 292

Fransa prezidenti Emmanuel Makronun sülhsevər bəyanatları və ölkənin Xarici İşlər Nazirliyinin Ukraynaya hərbi yardımı artırması vədləri ilə formalaşan rəsmi Parisin ritorikası iki oturacaq üzərindəki şpaqatı xatırladır.

Bunu çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.

O, faktiki olaraq Fransa rəhbərliyini ikiüzlülükdə ittiham edib. Diplomat Fransa hakimiyyətini "yaxşı prezident və yaramaz XİN" rollarını oynamaqda günahlandırıb.

Qeyd edək ki, Zaxarova öz sözlərilə Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Parisin tezliklə Kiyevi hava hücumundan müdafiə sistemlərinin yeni partiyası ilə təmin edəcəyini bildirən bəyanatına diqqət çəkib.

Bundan öncə isə Makron ABŞ-a səfərindən sonra TF1 telekanalına müsahibəsində deyib ki, gələcək Avropa təhlükəsizlik arxitekturası Rusiya üçün təminat verməlidir. Onun sözlərinə görə, bu məsələ sülhlə bağlı müzakirələrin bir hissəsi olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.