Siyasət
Daha bir müxalifət partiyası birgə aksiyalarda iştirak edə bilər
13 May 2010 11:58
Baxış: 220
Aydınlar Partiyası parlament seçkisinə təkbaşına qatılmaqla bağlı qərarını hələ ki, dəyişməyib. Bu barədə Milli.Az xəbər portalına açıqlamasında partiyanın sədri Qulamhüseyn Əlibəyli bildirib.
Əvvəlki seçkilərdən fərqli olaraq, bu il əksər müxalifət partiyalarının seçkiyə təkbaşına qatılmağa üstünlük verməsinin səbəbləri ilə bağlı sualın cavabında Əlibəyli bildirib ki, digər partiyaların hansı faktorlar əsasında belə qərar qəbul etdiklərini dəqiq bilmir. "Amma Aydınlar Partiyası yeni yaranan partiyadır, parlament seçkilərində ilk dəfədir iştirak edir. Buna görə də yerlərdə, regionlarda öz imkanlarını dəyərələndirmək, seçiçicilərinin təxmini sayını müəyyənləşdirmək istəyir. Yalnız bundan sonra digər partiyalarla hansı formada əməkdaşlıq edə biləcəyimizi müzakirə edə bilərik. Yəqin digər partiyaların da bu məsələdə öz səbəbləri və siyasi maraqları var"- deyə o, əlavə edib.
Partiya sədri onu da bildirib ki, bununla belə, onlar digər sağ-mərkəzçi müxalifət qüvvələri ilə əməkdaşlıq və bloklaşma ehtimalını istisna eləmirlər. "Sadəcə indiki vəziyyətdə üstün mövqeyimiz seçkidə təkbaşına iştirak etməkdən ibarətdir. Artıq bu istiqamətdə müvafiq hazırlıqlara da start verilib"- o, deyib.
Əlibəyli seçkiyə təkbaşına qatılmaq qərarı verməklərinə baxmayaraq, müxalifətin birgə kütləvi aksiyalarında iştirak edə biləcəklərini deyib. "Aydınlar Partiyası istənilən məsələnin müzakirəsində iştirak edə bilər. Doğrudur, bizim partiya yalnız seçki prosesi başlayandan sonra kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun hesab edir. Amma bu, o demək deyil ki, biz birgə aksiyalarda iştirakdan imtina edirik. Əgər partiyamızın maraqlarına cavab verən hansısa birgə aksiyalar təşkil olunarsa, məsələn, demokratik seçki və Qarabağla bağlı aksiyalar olarsa, biz də iştirak edə bilərik" - o, qeyd edib.
Yaşar
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
XƏBƏR LENTİ
-
Hikmət Çətin vəfat edib
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir