Siyasət

ABŞ Ukrayna üçün NASAMS alır

1 Dekabr 2022 08:08
Baxış: 643

ABŞ hakimiyyəti Ukrayna üçün "NASAMS" hava hücumundan müdafiə sistemlərinin alınması üçün "Raytheon Missiles and Defense" şirkətilə 1,216 milyard dollarlıq müqavilə imzalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.

Bundan əlavə, müqaviləyə təkcə hava hücumundan müdafiə sistemləri deyil, həm müvafiq avadanlıq, həm ehtiyat hissələri, həm də Ukrayna ordusu üçün təlim və maddi-texniki dəstək də daxildir.

Qeyd olunub ki, altı "NASAMS" batareyasının alınması Ukraynaya təhlükəsizlik sahəsində yardımın beşinci paketinin bir hissəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.