Siyasət

“Paşinyan böyük hazırlıq görür, Qarabağ məsələsi...” - Çələbyan

29 Noyabr 2022 07:58
Baxış: 1 384

"Nikol Paşinyan Qarabağın dağlıq hissəsini Azərbaycana təhvil vermək üçün hər şeyi edir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni siyasi ekspert Avetik Çələbyan deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinə "siyasi maneə" kimi baxdığını bildirib.

Çələbyanın sözlərinə görə, Paşinyan 44 günlük müharibədən dərhal sonra indi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziləri Azərbaycana təhvil verməyə çalışıb.

Ekspert bu prosesin indi də davam etdiyini iddia edir:

"Məndə belə təəssürat yaranır ki, Paşinyan Qarabağı Azərbaycanın qəbul etməyə hazır olduğundan daha böyük hazırlıqla təhvil verir. Bəllidir ki, Paşinyan və komandası açıq-aşkar anti-Qarabağ yanaşmasına malikdir. O, hakimiyyətə də Qarabağın təhvil verilməsi ideyası ilə gəlib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics