Siyasət

Əsəddən Türkiyə açıqlaması: münasibətlər yumşalır?

19 Noyabr 2022 19:22
Baxış: 989

Suriya Prezidenti Bəşər Əsəd ölkəsinin Türkiyə ilə münasibətlərini dəyərləndirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Əsəd Suriyanın mövqeyini əsas götürərək bölgədəki imperialist müdaxilələrə və terrora diqqət çəkib:

"Suriya və Türkiyə tez bir zamanda masaya oturmalıdır. Tərəflər ilk olaraq kəşfiyyat səviyyəsində danışıqlara başlamalıdır. Daha sonra isə əlaqələrin siyasi əməkdaşlığa və güclü ittifaqına çevrilməsi vacibdir".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlamasında siyasətdə əbədi olaraq küsülü qalmağın mümkün olmadığını deyib:

"Hazırda Türkiyə olaraq bu məsələlərdə çətinlik çəkdiyimiz ölkələrlə münasibətlərə yenidən baxa bilərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.