Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə müdaxilə etməyə haqqı yoxdur.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarı pisləməsini şərh edərkən bildirib.
O qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin yunan administrasiyasının əldə olunmuş razılıqları pozmasına göz yummamalıdır.
Milli.Az