Siyasət

Ölkəmizi dəstəkləyən yeganə fransalı senator kimdir?

15 Noyabr 2022 23:48
Baxış: 2 977

Fransa Senatında Azərbaycan əleyhinə olan qətnaməyə mənfi yanaşan yeganə senator Natali Qule olub.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, 64 yaşlı millət vəkili ölkəmizi hədəfə alan qətnamənin əleyhinə səs verib.

Bununla da o, Azərbaycanınn haqlı mövqeyini bir daha dəstəkləyib.

Qeyd edək ki, Natali Qule Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.

O, Mərkəzin dəvətilə ötən il ölkəmizdə səfərdə olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.