Siyasət

Almaniya kanslerindən İrana SƏRT REAKSİYA

12 Noyabr 2022 20:49
Baxış: 928

Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsi ilə bağlı bəyanatına sərt reaksiya verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə kansler tviterdə yayımladığı həftəlik videomüraciətində bildirib.

"Tehran administrasiyasına yalnız bir şeyi deyə bilərəm: öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?", - Şolts deyib.

Kansler İrandakı etirazçılara və bu ölkədən gələn Almaniya vətəndaşlarına dəstək olduğunu bildirib.

O, videomüraciətində qeyd edib: "İnsan hüquqları pozulduğu zaman tədbir görməliyik. Biz iranlıların daha böyük azadlıq və ədalət uğrunda cəsarətli mübarizəsinin şahidi oluruq. Sanksiyalar rejimə təzyiqi artırmağın bir yoludur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.