Siyasət

Rus ordusunda qiyam: generalı təhqir etdilər - VİDEO

6 Noyabr 2022 23:02
Baxış: 2 445

Rusiya ordusunda xidmət edən kazanlı hərbçilər əmək haqlarını ala bilmədiklərinə görə etiraza qalxıblar.

Milli.Az bildirir ki, Tatarıstandan səfərbərlik əsasında ordu sıralarına çağırılmış şəxslər elementar məişət problemlərinin həll olunmadığını deyirlər.

Onlar düşərgədə paslı "Kalaşnikov" avtomatları aldıqlarını, içəmli su, yemək və çadırlarda sobaları qalamaq üçün odun çatışmadığını deyirlər.

Polkovnik etiraz dalğasını yatırmağa çalışsa da, səfərbər olunmuşlar onu əvvəl fitə basıblar, sonra da söyərək qovublar.

Daha sonra komanda-qərargah çadırından çıxan general sualları cavablamadığı üçün söyülüb, təhqir edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.