Siyasət

Peskov Putinin oxşarından danışdı

1 Noyabr 2022 08:24
Baxış: 2 796

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun bəyanatına aydınlıq gətirib.

Kremlin mətbuat katibi Putinin öz oxşarından istifadə etməsi barədə Budanovun açıqlamasını cəfəngiyyat adlandırıb.

"Bunu necə şərh etmək olar? Cəfəngiyyat kimi!", - Peskov bildirib.

Xatırladaq ki, Budanov "Daily Mail"ə müsahibəsində Putinin oxşarlarından bəhs edib.

Qeyd edək ki, Rusiya Prezidentinin özü 2020-ci ildə "Vladimir Putin üçün 20 sual" layihəsi çərçivəsində müsahibə verərkən, onun təhlükəsizliyi məqsədilə oxşarları cəlb etmək ideyasının 2000-ci illərin əvvəllərində yarandığını, lakin özünün bundan imtina etdiyini vurğulayıb

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.