Müharibədə Ukraynanın itkiləri Rusiyanın itkilərindən çoxdur.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında bildirib.
Onun sözlərinə görə Rusiya ilə müqayisədə Ukraynanın itkiləri 7-10 dəfə çoxdur.
"Kiyev hakimiyyəti öz vətəndaşlarına aman vermir. Onlar Rusiyaya qarşı son ukraynalıya qədər mübarizə aparır",- deyə Putin bildirib.
Milli.Az