Rusiya prezidenti Ukraynanın itkilərindən danışıb

27 Oktyabr 2022 22:14

Müharibədə Ukraynanın itkiləri Rusiyanın itkilərindən çoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında bildirib.

Onun sözlərinə görə Rusiya ilə müqayisədə Ukraynanın itkiləri 7-10 dəfə çoxdur.

"Kiyev hakimiyyəti öz vətəndaşlarına aman vermir. Onlar Rusiyaya qarşı son ukraynalıya qədər mübarizə aparır",- deyə Putin bildirib.

Milli.Az