Siyasət

İlham Əliyev və İrakli Qaribaşvili Muxrani sarayında mədəni proqramda iştirak ediblər - VİDEO - FOTO

24 Oktyabr 2022 14:51
Baxış: 1 290

Oktyabrın 24-də Gürcüstanın Mçxeti rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.

Mədəni proqramda gürcü xalqının milli adət və ənənələri nümayiş etdirildi. Tədbirdə Gürcüstanın milli musiqisi və rəqsləri, gürcü mətbəxinin nümunələri, o cümlədən şirniyyatları təqdim olundu.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili milli gürcü rəqslərinə baxdılar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.