Siyasət

Rusiyanın hazırladığı 2 fəlakət ssenarisi... - Zelenski

22 Oktyabr 2022 19:06
Baxış: 845

Rusiya iki fəlakət ssenarisini həyata keçirməyə çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Planlardan birincisi odur ki, oktyabrın 10-dan Ukraynanın infrastrukturunu hədəfə alan düşmən qışın ortasında milyonlarla insanımızı işıqsız, susuz və ac buraxmaq istəyir. Beləliklə, Moskva düşünür ki, Avropa ölkələrini yeni böyük miqrasiya ilə üz-üzə qoyaraq Qərbin Ukraynaya dəstəyini dayandıracaq.

Düşmənin ikinci planı isə daha fəlakətlidir. Xerson vilayətində ilişib qalan Rusiya ordusu Dnepr çayı üzərindəki "Kaxovski" su anbarını partlatmağı planlaşdırır. Əgər bu baş verərsə, bütün Xerson vilayəti su altında qalmış olacaq. Ruslar bu planlarını həyata keçirsələr, kütləvi qırğın silahlarından istifadə etməkdən daha böyük bir faciəyə imza atmış olacaqlar. Bunu soyqırım adlandırmaq daha məqsədəuyğun olardı", - Zelenski bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.