Siyasət

Aydın Kərimov “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Müşahidə Şurasının sədri təyin edildi

21 Oktyabr 2022 15:28
Baxış: 691

Prezident İlham Əliyev "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Aydın Kərimov - Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Elnur Əliyev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Elnur Əliyev - Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Namiq Hümmətov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.