Siyasət

Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur - XİN

3 Oktyabr 2022 17:46
Baxış: 1 166

Azərbaycan Respublikası xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ukraynada cərəyan edən son hadisələrlə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "Ukraynada cərəyan edən son hadisələr və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı nə deyə bilərsiniz?" sualına L.Abdullayeva belə cavab verib:

"Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.