Krımın Belbek aerodromunda partlayış səsi eşidilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar aerodrome ərazisində fövqəladə vəziyyət yaranıb.
Xilasedicilərin sözlərinə görə, eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və yanıb. Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
Partlayış səsləri Sevastopolun şimalındakı Lyubimovka kurort ərazisində də eşidilib.
Milli.Az