Pelosinin fikirləri Azərbaycanla Amerika arasındakı münasibətlərə ciddi şəkildə təsir etməyəcək
"ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri bu ilin noyabrında Amerikada keçiriləcək seçkilərə hesablanıb".
Belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Elşad Həsənov "OLAYLAR"-a deyib ki, bu səfərdə Birləşmiş Ştatlardakı erməni lobbisinin də xüsusi fəallığı olub: "Məlum olduğu kimi Birləşmiş Ştatlarda güclü erməni lobbisi var. Ona görə də siyasilər həmişə Amerikadakı erməni lobbisinin səsi uğrunda mübarizə aparır".
Elşad Həsənov bildirib ki, səfər zamanı Nensi Pelosinin səsləndirdiyi fikir və bəyanatlar da heç bir önəm daşımır: "Bu gün Ermənistan siyasiləri yolun ortasında qalıblar. Müəyyən edə bilmirlər ki, Rusiyaya, yoxsa Amerikaya istiqamət alsınlar. Paşinyan onu hakimiyyətə gətirən SOROS Fondu və Amerikaya meyilli görünsə də, lakin əhalinin əksər hissəsi Rusiya ilə əlaqələri gücləndirmək istəyir. Yəni, Ermənistanda ikili qüvvələr mövcuddur. Rusiya və Amerikanı, Qərbi istəyən qüvvələr".
Ekspert qeyd edib ki, Nensi Pelosinin İrəvanda səsləndirdiyi bir sıra fikirlər heç də Azərbaycanla Ermənistan arasında sülh mühitinin yaradılması, münasibətlərin normallaşdırılmasına xidmət etmir: "Əksinə bu prosesləri pozmağa hesablanıb. Ancaq bütün halda onu da nəzərə almaq lazımdır ki, Nensi Pelosi vəzifə pilləsi baxımından Amerikada üçüncü bir şəxs hesab olunsa da, ümumilikdə onun mövqeyi Ağ Evin, Dövlət Departamentinin mövqeyi demək deyil. Ona görə də Pelosinin fikirləri Azərbaycanla Amerika arasındakı münasibətlərə ciddi şəkildə təsir etməyəcək. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq Amerika üçün strateji tərəfdaşdır. Sadəcə Amerika siyasiləri Ermənistanı Rusiyanın siyasi dairəsindən çıxarmaq üçün canfəşanlıq edirlər. Ancaq hesab edirəm ki, bu da mümkün deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





