Siyasət

Argentina aqressiv Ermənistanı dəstəklədi - FOTO

14 Sentyabr 2022 12:51
Baxış: 2 094

Argentina parlamentinin aşağı palatası olan Konqresin beynəlxalq münasibətlər komitəsi Ermənistanın bu ölkədəki səfiri Hovanes Virabyana məktub yollayaraq son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi təxriatlarla bağlı İrəvanı dəstəkləyib.

Milli.Az Globo-ya istinadən billdirir ki, məktubda deyilir: "Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə qarşı aqressiyası şəraitində Ermənistanla həmrəyliyimizi bəyan edirik. Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa, beynəlxalq hüquqa sayğı ilə yanaşmağa çağırırıq".

Məktubu komitə sədri Feliks Valdes, sədrin birinci müavini Soyer el Sukaria, ikinci müavin Rosana Andrea Bertone, habelə katiblər Maksimiliano Ferano və Xulio Kobos imzalayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.