Siyasət

Paşinyan: “Azərbaycan Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək”

7 Sentyabr 2022 13:34
Baxış: 1 486

Regionda kommunikasiyaların açılması Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən VII Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək və bu, beynəlxalq ticarət yolları üçün yeni imkanlar deməkdir.

"Bu qlobal layihənin həyata keçirilməsi region dövlətləri, eləcə də İran, Türkiyə, Rusiya və Uzaq Şərq ölkələri üçün çox vacibdir", - Paşinyan vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.