Siyasət

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə təşəkkür edib

24 Avqust 2022 20:01
Baxış: 531

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinizə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib.

O qeyd edib: "Bu il oktyabrın ortalarında bizim paytaxtımızda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacaq".

Ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcminin üç dəfə artdığını, yəni, müsbət dinamikanın qorunub saxlanıldığını diqqətə çatddıran Prezident Tokayev vurğulayıb ki, mütləq rəqəmlərdə bu nəticə kifayət qədər ürəkaçan görünmür. Buna görə də bu gün razılaşma əldə edilib ki, tərəflər qarşılıqlı ticarətin məhz mütləq rəqəmlərinin artması üçün hər cür səy göstərəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.