Siyasət

Xankəndi və yeni dəhliz Azərbaycanın TAM NƏZARƏTİNƏ KEÇDİ

11 Avqust 2022 23:31
0 Şərh     Baxış: 2 669

Ölkənin tanınmış hərbi eksperti Alp Arslan İmamqulu ordumuzun Qarabağda nəzarətə aldığı son yüksəkliklərin əhəmiyyətini şərh edib.

Milli.Az xəbər verir ki, ekspertin dəyərləndirməsi aşağıdakı məzmundadır: "Cənubdan şimala yaşıl rənglə işarələnmiş Sarıbaba, Qırxqız və Buzdağ yüksəklikləri ən başda qərb sərhədlərimiz boyunca yol güzargahını tam olaraq nəzarətdə tutmağımızı təmin edir. Sarıbaba, Qırxqız və mavi rənglə işərələnmiş Fərrux yüksəklikləri isə ayrıca olaraq qırmızı dairəyə alınmış Xankəndinə gedən bütün yaxınlasma istiqamətlərinə müşahidə imkanı yaradır. Digər bir tərəfdən Sarıbaba və Qırxqız yüksəkliklərindən yeni çəkilən Laçın yonunun ətraf perimetrinə tam nəzarət mümkündür. Ayrıca Qırxqız yüksəkliyi isə Agdərə Kəlbəcər yolu və Sərsəng su anbarına gedən əsas güzərgahlara yaxınlaşma yollarına vizial müşahidə üçün strateji əhəmiyyətlidir".

Ekspertin qısa, lakin peşəkar şərhindən anlaşılan budur ki, nəzarətə götürdüyümüz 4 yüksəklik Laçın dəhlizinə alternativ olan yeni yolu tam "görür", gələcəkdəki Sərsəng su anbarı əməliyyatına geniş imkanlar yaradır. Üstəlik, Xankəndi də ordumuzun tam və əhatəli müşahidəsi altındadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics