Siyasət

Rusiya İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvini tələb etdi

21 İyul 2022 21:57
0 Şərh     Baxış: 876

Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvi üçün məhkəməyə müraciət edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Moskvanın Basmannı vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mövzu ilə bağlı ilkin baxış iclası iyulun 28-də keçiriləcək.

"JAFI" 1929-cu ildə dünya yəhudilərini İsraillə birləşdirmək məqsədi ilə yaradılıb. Sözügedən agentlik həm də yəhudilərin Fələstin torpaqlarına köçürülməsi üçün fəaliyyətlər həyata keçirməklə tanınır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.