Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvi üçün məhkəməyə müraciət edib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Moskvanın Basmannı vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mövzu ilə bağlı ilkin baxış iclası iyulun 28-də keçiriləcək.
"JAFI" 1929-cu ildə dünya yəhudilərini İsraillə birləşdirmək məqsədi ilə yaradılıb. Sözügedən agentlik həm də yəhudilərin Fələstin torpaqlarına köçürülməsi üçün fəaliyyətlər həyata keçirməklə tanınır.
Milli.Az