Siyasət

Britaniyanın keçmiş maliyyə naziri Sunak seçkilərdə liderdir

14 İyul 2022 23:34
0 Şərh     Baxış: 1 202

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının liderliyi və Baş nazir postu uğrunda mübarizə aparan namizədlərdən 5-i Britaniya parlamentində səsvermənin üçüncü raunduna keçib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, keçmiş maliyyə naziri Rişi Sunak 101, Penni Mordaunt 83, xarici işlər naziri Liz Truss 64, Kemi Badenok 49 və Tom Tugendhat 32 səs toplayıb.

Suella Braverman isə 30 səs baryerinə çata bilməyib və 27 səslə liderlik yarışı ilə vidalaşıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory