Siyasət

Zəngəzurda sərhəd demarkasiya olunub? – Erməni KİV sənəd yayır

9 İyul 2022 22:16
0 Şərh     Baxış: 1 801

Ermənistan və Azərbaycan dövlət sərhədinin Zəngəzur hissəsində demarkasiya prosesi başa çatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Hraparak" nəşri çıxış edib.
Nəşr qeyd edir ki, Paşinyan hakimiyyəti delimitasiya və demarkasiya prosesinə hazırlıqdan danışsa da, əslində Zəngəzur bölgəsində sərhəd xətləri müəyyənləşdirilib.

"Bu, 2020-ci ilin dekabrında Azərbaycanla imzalanan memorandumla həyata keçirilib", - nəşr yazır.

Azərbaycan və Ermənistan arasında belə bir memorandumun olduğu rəsmi şəkildə təsdiqlənməyib. Bu haqda iddianı Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan ötən ilin noyabr ayında ortaya atıb. Ermənistan hökuməti isə bu iddianı təsdiq etmədiyi kimi, təkzib də etməyib.

Nəşrin iddiasına görə, Gorusdan Mehriyə qədərki sərhəddə delimitasiya və demarkasiya işləri tamamlanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.