Siyasət

Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

7 İyul 2022 18:48
Baxış: 529

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.

Milli.Az bildirir ki, Komissiyanın Azərbaycan tərəfdən həmsədri dəyişib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri artıq iqtisadiyyat naziri deyil, xarici işlər naziri olacaq.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.