Siyasət

"Putinin tapşırığı var: əməliyyat sona qədər davam edəcək" - Sergey Şoyqu

5 İyul 2022 19:37
0 Şərh     Baxış: 637

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı prezident Vladimir Putinin qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər davam edəcək.

Bunu çərşənbə axşamı Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, prioritetlər Rusiya hərbçilərinin həyat və sağlamlığının qorunması və mülki şəxslər üçün təhlükələrin istisna edilməsidir.

Şoyqu qeyd edib ki, Rusiya hərbçiləri Luqansk tam işğal edildikdən sonra da dayanmaq fikrində deyil: "Xüsusi hərbi əməliyyat ali baş komandanın qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər davam edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.