Siyasət

İtaliyada ara qarışdı: Dragi NATO sammitindən erkən ayrıldı

30 İyun 2022 22:12
0 Şərh     Baxış: 680

İtaliyanın Baş naziri Mario Dragi hökumət daxilindəki siyasi gərginliyə görə İspaniyanın Madrid şəhərində keçirilən NATO sammitini erkən tərk edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, baş nazirin ofisindəki mənbələr həmçinin NATO sammitinin son günündə İtaliya təmsilçisini müdafiə naziri Lorenzo Guerininin əvəz edəcəyini, Draginin isə nazirlər şurasını bu gün toplayacağını bildiriblər.

Hökumətdəki gərginliyə görə Draginin NATO sammitindən vaxtından əvvəl qayıtması İtaliya mətbuatında "hökumət riskdə" adı altında geniş işıqlandırılıb.

Mətbuatda yayılan xəbərlərə görə, Dragi ilə koalisiya hökumətini quran partiyalardan biri olan "5 Ulduz Hərəkatı"nın (M5S) lideri Cüzeppe Konte arasında yaşanan gərginlik və koalisiyanın digər tərəfdaşları arasında bəzi qanun layihələri ilə bağlı fikir ayrılığı 74 yaşlı liderin Madriddə keçirilən NATO sammitindən erkən qayıtmasına şərait yaradıb.

Milli.Az

 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics