Siyasət

Zelenskinin jaketi London hərracında rekord məbləğə satıldı

7 May 2022 08:14
0 Şərh     Baxış: 1 081

Ukrayna Prezidenti Volodimir Zelenskinin jaketi Londonda 90 min funt-sterlinqə (110 min dollar) satılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, geyim mayın 5-də Sotheby's hərrac evinin təşkil etdiyi xeyriyyə hərracında satılıb.

Satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları daha fəal şəkildə təklif verməyə çağırıb. Lotun ilkin dəyəri 50 000 funt sterlinq (61 000 dollar) olub.

Bundan başqa, aprelin əvvəlində Kiyevə səfəri zamanı Consona hədiyyə edilən keramika xoruzu da hərraca çıxarılıb.

Yığılan vəsait Ukraynaya humanitar yardım göstərmək üçün istifadə edilməlidir. Hərracdan əldə edilən ümumi məbləğ açıqlanmır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.