Siyasət

ABŞ Ukraynaya daha 5 min ədəd “Javelin” raketi verəcək

3 May 2022 08:04
2 Şərh     Baxış: 739

ABŞ-dan daha 5 000 tank əleyhinə "Javelin" raketi mayın 6-da, cümə gününə qədər Ukraynaya çatdırılacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Pentaqonun sözçüsü Con Kirbinin brifinqdə deyib.

Kirbi qeyd edib ki, "Javelin" raketləri Rusiya təcavüzünə qarşı mübarizədə hərbi yardım çərçivəsində Ukraynaya veriləcək.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün M113 zirehli transportyorlarının yüklənməsinə başlayıb. Pentaqon avtomobillərin yük maşınlarının qoşqularına yüklənməsinin videosunu yayıb.

Pentaqon bildirib ki, yüklənmə Corciyada aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.