Siyasət

“Rusiya ilə danışıqlar prosesi mürəkkəbləşib“

19 Aprel 2022 07:48
0 Şərh     Baxış: 797

Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini Podolyak Buça, Mariupol, Volnovaxadan sonra Rusiya ilə danışıqlar prosesinin xeyli mürəkkəbləşdiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Mixail Podolyak milli televiziyaya bildirib ki, Rusiya ordusunun Mariupol, Buça, Volnovaxa şəhərində törətdiyi hərbi cinayətlərdən sonra Ukrayna və Rusiya nümayəndə heyətləri arasında müharibəyə son qoymaq üçün danışıqlar prosesi xeyli mürəkkəbləşib.

Podolyak Rusiyadan Mariupoldan Berdyanska humanitar dəhliz açmağı tələb etdiklərini də bəyan edib və rusların bununla razılaşmadığını, Rusiya ilə sivil dialoqun mümkün olmadığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory