"Onlar hərəkət istiqamətlərini özləri dedilər".
Ukraynalı jurnalist Yuri Butusovun dediyinə görə, Xarkov vilayətindəki İzyum şəhəri yaxınlığında ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin elitar hərbi hissələrindən sayılan 4-cü qvardiya Kantemirov tank diviziyasının tank karvanını darmadağın ediblər.
Milli.Az bildirir ki, bu zaman rusiyalıların iki T-80 tankı qənimət kimi götürülüb.
"Bu karvanın hərəkəti barədə Rusiyanın "Komsomolskaya Pravda" qəzetinin reportyoru Aleksandr Kots məlumat vermişdi: o, video çəkib paylaşmış, Rusiyanın tanklarının hansı istiqamətdə hərəkət etdiyini göstərmişdi", - A.Butusov deyib.
Milli.Az