Siyasət

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib

7 Aprel 2022 08:24
0 Şərh     Baxış: 618

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Rusiya hərbçilərini Xerson vilayətinin Novovorontsovski rayonunun Osokorovka kəndindən çıxarıb. Kənd rayon mərkəzindən cənubda yerləşir və Dnepropetrovsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşir.

Bu, Ukrayna ordusu bölmələrinin hücumu nəticəsində baş verib.

Daha əvvəl müdafiə naziri Aleksey Reznikov deyib ki, müdafiəçilər Xerson vilayətində işğalçıları geri oturdublar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.