Siyasət

Britaniya Ukraynaya döyüş maşınları göndərəcək

7 Aprel 2022 08:58
0 Şərh     Baxış: 728

Böyük Britaniya Ukraynaya döyüş maşınları və onların idarə edilməsini öyrədən təlimçilər göndərməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə "Times" nəşri Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Ukraynaya bir neçə ədəd "Mastiff" zirehli avtomobili və "Jackal" kəşfiyyat-dozor maşını verilə bilər. Bundan əlavə, Kiyevə tank əleyhinə sistemlər göndərilməsi də müzakirə mövzusudur. Birləşmiş Krallıq hesab edir ki, yaxın 3 həftə ölkədəki hərbi əməliyyatların nəticələri üçün həlledici olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.