Siyasət

Roskomnadzor Nevzorovun saytını blokladı

27 Mart 2022 23:02
0 Şərh     Baxış: 848

Roskomnadzor jurnalist Aleksandr Nevzorovun onlayn resurslarına girişi məhdudlaşdırıb.

Agentlik həmçinin Almaniyanın "Bild" nəşrinin internet səhifəsini də "qara siyahı"ya daxil edib.

Qurumdan verilən məlumata görə, Rusiya Federasiyasının ərazisində nevzorov.tv və www.bild.de saytlarına giriş Baş Prokurorluğun 26 mart tarixli tələbi ilə kütləvi iğtişaşlara çağırışların yer aldığı saytların bloklanması qaydalarına uyğun olaraq məhdudlaşdırılıb.

Qeyd edək ki, martın 22-də Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Nevzorova qarşı Rusiya silahlı qüvvələrinin hərəkətləri barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist öz sosial şəbəkələrində "Rusiya Silahlı Qüvvələri tərəfindən Mariupoldakı doğum evini qəsdən atəşə tutması barədə bilərəkdən yalan məlumatlar dərc edərək, mənbələri Ukrayna mediası olan nəşrlərinə etibarsız fotoşəkillər əlavə edib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.