Siyasət

Paşinyan və Putin Qarabağı müzakirə ediblər

25 Mart 2022 23:45
0 Şərh     Baxış: 1 438

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonadakı vəziyyəti müzakirə ediblər. Paşinyan vəziyyətin gərgin olduğunu bildirib.

Liderlər gərginliyin azaldılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.