Siyasət

“Mən onları qaçqın adlandırmaq istəmirəm” - Zelenski

24 Mart 2022 21:53
0 Şərh     Baxış: 1 018

Ukrayna Prezidenti Volodimir Zelenski əsaslı şəkildə ukraynalı miqrantları qaçqın adlandırmaq istəmir. Çünki o, müharibə bitəndən sonra onların Ukraynaya qayıdacaqlarına inanır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski bu barədə çıxışında bildirib.

"Rusiya hərbçilərinin dövlətimizdə gördüyü işlərə baxın. Bunlar repressiyalar, insanlara işgəncələr, azadlıq və müxtəlifliyin istənilən təzahürlərinin boğulmasıdır. Bir ay genişmiqyaslı müharibə, qəddarlıq, dinc şəhərlərin bombalanması - Suriyada olduğu kimi dəhşətlidir" - Zelenski qeyd edib.

"İndi on minlərlə ev, on minlərlə mənzil dağıdılıb. Artıq 10 milyona yaxın məcburi köçkün var ki, bunun da 3,5 milyonu artıq Avropa İttifaqının ərazisindədir. Mən onları qaçqın adlandırmaq istəmirəm. Çünki bilirəm ki, Rusiya torpaqlarımızı tərk edən kimi, sülh yaranan kimi onlar dərhal Ukraynaya qayıdacaqlar" - Ukrayna Prezidenti çıxışına əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.