Siyasət

Pakistanla hərbi əməkdaşlığının inkişafı müzakirə olundu

22 Mart 2022 15:18
Baxış: 617

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra müdafiə naziri general-polkovnik Z.Həsənov fəxri qarovulun önündən keçib.  General N.Raza qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu, bu münasibətlərin digər sahələrdə olduğu kimi ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.

Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.