Siyasət

NATO Ukrayna üzrə fövqəladə sammit keçirəcək

15 Mart 2022 23:02
0 Şərh     Baxış: 883

Martın 24-də NATO-nun Ukraynadakı vəziyyət və alyansın müdafiə qabiliyyətinin artırılması ilə bağlı fövqəladə sammiti keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq çərşənbə axşamı özünün tviter səhifəsində yazıb.

"Mən martın 24-də NATO-nun mənzil-qərargahında fövqəladə sammit çağırdım. Biz Rusiyanın Ukraynaya müdaxiləsini, Ukraynaya güclü dəstəyimizi, NATO-nun çəkindirici və müdafiə qabiliyyətinin daha da gücləndirilməsini müzakirə edəcəyik", - NATO-nun baş katibi bildirib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəliyindən verilən məlumata görə, sammitdə Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden də iştirak edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.