Siyasət

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanındakı hücuma reaksiya

14 Mart 2022 19:56
Baxış: 1 310

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında neft emalı zavoduna edilən hücumu pisləyib.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında bildirilib.

"Bu günlərdə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatı vasitəsilə edilən hücumu pisləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə bu ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir", - məlumatda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.